"ALİM ÖMRÜ" kitabı görkəmli elm adamının həyat yoluna işıq salır
Müasir dünyamızda ömür yolu anbaan sözə çevrilərək ağ vərəqlərə köçürülən, bir sözlə, ömrü kitablaşan elə insanlar var ki, onların haqqında oxuduqca belə şəxsiyyətlərin müasiri olmağından qürur duyur, iftixar hissi keçirirsən. Belə insanların həyat yolu çoxlarına nümunədir. Bu kitabları oxuyan hər kəs təkcə o şəxsiyyətləri tanımaqla, sevməklə kifayətlənmir, həm də onların ömür kredosundan lazımi dərslər götürür, həyatını o cür, zəhmət, halallıq, düzlük üzərində qurmağa çalışır.
"Gənclik" nəşriyyatının mətbəəsində yenicə çapdan çıxmış nəfis tərtibatlı "Alim ömrü" kitabında da məhz belə dəyərli
şəxsiyyətlərdən birinin həyat və fəaliyyətindən söhbət açılır. Yeni kitab görkəmli alim, Gəncə bitki mühafizə və texniki bitkilər elmi tədqiqat insititunun direktoru Elcin Ağası oğlu Xəlilovun elmi fəaliyyəti, həyatı və rəhbərlik etdiyi elm ocagında gördüyü səmərəli işlərdən bəhs edir.
Xəlilov Elçin Ağası oğlu 1961-ci il aprelin 23-də Azərbaycan Respublikasının Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (İndiki Azərbaycan Dövlət Aqrar Universteti) Bitki mühafizəsi fakultəsinə daxil olub, alim aqronom ixtisasına yiyələnib .05 iyul 1984-cü ildə təyinatla Az.ETBMİ-a göndərilərək institutun proqnoz laboratoriyasında kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. 1984-1988-ci illərdə Az.ETBMİ-in proqnoz laboratoriyasında “Pambıq sovkasının inkişaf proqnozu” üzrə mövzunun icraçısı olmuşdur.
1989-cu ildə Az.ETBMİ-nin “Bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi” ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. 1994-cü il mart ayının 14-də K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında “Azərbaycanın Şəki-Zaqatala bölgəsi şəraitində fındığın zərərvericiləri-fındıq uzunburunu və akasiya yalançı qalxanlı yastıcasına qarşı mübarizənin təkmilləşdirilməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, Rusiya Ali Attestasiya Komissiyası tərəfindən isə 1994-cü il 03 iyun tarixində ona biologiya elmləri namizədi elmi dərəcəsi diplomu təqdim edilmişdir.
2004-cü idə Azərbaycan Respubilkası Prezidentin yanında Ali Attestasiya Komissiyası tərəfindən E.A.Xəlilova “Dosent” elmi adı verilmişdir. E.A.Xəlilov İnstitutun təqdim etdiyi (2002-2005) Özəl Bölmənin inkişafına Yardım Agentliyi müsabiqəsinin qalibi olmuş 2 Qrant Layihəsinin rəhbəri və icraçılarından olmuşdur. Həmin qrant vəsaiti hesabina fermer təsərrüfatlarında institutun elmi əsaslarla işləyib hazırladığı yeniliklərin tətbiq olunmasında E.A.Xəlilovun böyük əməyi olmuşdur . O, 50-ə qədər elmi məqalələrin, 4 kitabçanın müəllifidir. Elmi məqalələrinin bir çoxu xarici ölkələrin mətbuatında dərc edilmişdir.
1994-cü ildən 2018-ci ilədək institutun Proqnoz laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2018-ci ildən BM və TB ETi-nin direktor müavini vəzifəsini icra etmişdir. E.A.Xəlilov işgüzarlığı, prinsipial vətəndaşlıq mövqeyi ilə institut kollektivinin rəğbətini qazanmışdır.Xəlilov Elçin Ağası oğlu 2019-cu ildən BM və TB ETi-nin direktor səlahiyyətlərini icra etmiş, 24 iyun 2020-ci il tarixindən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.
İnanırıq ki, görkəmli alim və ictimai-siyasi xadimin mənalı həyat yoluna və elmi yaradıcılıgına həsr olunmuş "Alim ömrü" kitabı oxucular tərəfindən maraqla qarşılanacaq, hər kəsi həyatı görkəmli alim Elcin Xəlilov kimi sevib zövq almağa sövq edəcəkdir.
Fürsətdən istifadə edib kitabın müəllifi Oktay Sarıcalını təbrik edir, görkəmli alim Elcin Xəlilova isə can saglıgı və elmi yaradıcılıgında ugurlu nailiyyətlər arzulayırıq.