Bia.Az

“Təqaüdü qazilərə verdiyimə görə məni qınayırlar” – Flora Kərimova

Cəmiyyət / Şou
 7-09-2021, 10:00     271

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli müğənni Flora Kərimova ona təyin olunan Prezident təqaüdünün ilk ayını Vətən müharibəsi qaziləri arasında bölüb. Həmin qazilər erməni əsirliyindən azad olunan Amin Musayev və döyüşlərdə ağır yaralanan Rəvan Əzizovdur.
Flora Kərimova modern.az-a bildirib ki, qazi və şəhid ailələrinə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Xalq artisi onu bu addımına görə qınayanların da olduğunu söyləyib: "Bu, qərar yox, borcdur. İnsanların mənə olan münasibətinin, ehtiramının zərrə qədərini qazilərə qaytardım. Bilmirəm necə alındı. Bu addımıma görə məni qınayırlar, bilmirəm onlara nə deyim, söz tapmıram. Mən heç kimə mədəniyyət öyrədə bilmərəm. Yaxşı ilə pisin arasında fərq qoya bilmirlərsə, o insanların fikri mənim üçün önəmli deyil".скачать dle 12.1