Bia.Az

“Əks göstəriş sertifikatı”almaq istəyənlər problemlə üzləşib - AÇIQLAMA

Cəmiyyət
 2-09-2021, 13:16     21

“Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşlar sertifikatını //kabinet.its.gov.az/ yükləyə bilər.

Artıq ötən gündən bəri saytda problem yarandığından giriş etmək mümkün deyil.

//kabinet.its.gov.az/ vasitəsilə “Əks göstəriş sertifikat”ı ilə yanaşı COVID pasportu və ya immunitet serifikatını yükləmək mümkündür.

Lakin yaranmış problemə görə, vətəndaşlar hər üç xidmətdən istifadə edə bilmir.
İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirlib ki, xüsusilə son günlərdə portala daxil olmaq istəyən vətəndaşların sayı çox olduğundan yüklənmə yaranıb:

“Gün ərzində problemin aradan qaldırılması nəzərdə tutulur” – açıqlamada bildirilib.
“Əks göstəriş sertifikat”ını belə əldə edə bilərsizскачать dle 12.1