Bia.Az

Elmar Vəliyev MÜFLİSLƏŞİB: Otelini satışa çıxardı... - Özü də 5 milyon manata...

Cəmiyyət
 27-08-2021, 14:56     250

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu deyilən "Qırmızı Otel"in 5 milyon manata satışa çıxarıldığı iddia edilir.
"Demokratik.Az"-ın məlumatına görə, bu barədə Otelin yerləşdiyi Hacıkənd qəsəbəsində söz-söhbətlər dolaşır. İddia olunur ki, məlum sui-qəsd hadisəsindən bu yana Otelin tikinti-tamamlanma işləri durdurulub. Ara-sıra Otelə baş çəkən Vəliyevlər ya maddi sıxıntılar və ya ictimaiyyətə məlum olmayan səbəblər üzündən Oteli satmaq qərarına gəliblər.
Xatırladaq ki, sözügedən Otel və əhatəsindəki irihəcmli torpaq sahəsi Gəncə ATS-in mülkiyyəti olub, Elmar Vəliyevin diqtəsilə illər öncə qəsb edilərək köhnə rabitə binası sökülüb və yerində Vəliyevin şərəfinə 6 mərtəbəli OTEL tikilib. Otel tikintisində Gəncə şəhərinin abadlığı üçün nəzərdə tutulan tikinti materiallarından istifadə olunub.
İnformasiyanı dəqiqləşdirməyə çalışırıq!

скачать dle 12.1