Bia.Az

Azərbaycanda 3-cü doza vaksinin vurulmasına başlanıldı

Cəmiyyət
 25-08-2021, 12:13     242

Azərbaycanda artıq üçüncü doza vaksinasiya prosesi başlayıb.

Bu barədə Uroloq-androloq, Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl paylaşım edib.

“Üçüncü doz korona peyvəndini də aldıq. Çox götür-qoy etdim və üçüncü doz kimi “Pfizer”i seçdim. Bundan əvvəl yanvar və fevral aylarında "Sinovac" peyvəndi olunmuşdum”, - o deyib.

Həkim həmçinin qeyd edib ki, qonşu Gürcüstan Azərbaycandakı kimi peyvəndlənmə imkanı olmadığı üçün bu gün koronavirusdan insan ölümü üzrə dünyada ön sıralardadır.

Azərbaycanda 3-cü doza vaksinin vurulmasına başlanıldıскачать dle 12.1