Bia.Az

Prezident köməkçisindən tibb işçilərinə XƏBƏRDARLIQ

Cəmiyyət
 20-08-2021, 14:09     240

“Saxta COVID pasportu verilməsi halları təbii ki, araşdırılır”.

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

“Müxtəlif tibb müsəssisələrində həm həkimlər, həm kiçik tibbi personal məsuliyyətə cəlb edilir. Bütün bunlar çox xoşagəlməz məsələlərdir. Onlar həm özlərini, həm yaxınlarını təhlükə altına atırlar.

Buradan bütün bu həkimlərə və kiçik tibbi personala xəbərdarlıq edirik ki, onlar çox ciddi məsuliyyətə cəlb olunacaqlar”, – Ş.Mövsümov söyləyib.скачать dle 12.1