Bia.Az

DİN rəsmisi: "Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir"

Cəmiyyət
 20-08-2021, 13:06     229

“Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir:
“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.
DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: "Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yxodur".скачать dle 12.1