Bia.Az

“Xəstə anamı aldadıb, saatlarla gözlətdilər” - GİLEY

Cəmiyyət
 13-08-2021, 14:46     106

Vətəndaş Liza Məhəmmədəli Modern.az-ın redaksiyasına müraciət edərək, “Zəfəran” hospitalında qeyri-peşəkar xidmətlə üzləşdiyini bildirib.

O, ağır xəstəlikdən əziyyət çəkən anasını müayinə üçün sözügedən tibb müəssisəsinə aparmağına peşman olduğunu söyləyib.

“Paytaxtın Nərimanov rayonunda yerləşən “Zəfəran” hospitala bu gün səhər saat 10-da gəldik. KT-dən keçməliydik. Anama dərman verdilər ki, bir saat sonra yoxlanışa girsin. İki saat keçdi, amma heç bir xəbər olmadı.

Anamın 80-dən yuxarı yaşı var, xərçəng xəstəliyindən əziyyət çəkir, iki ayağı da işləmir. Gözləyə bilmirdi. Həkimdən soruşursan deyir ki, “gözləyin”. Bir neçə saatdan sonra dedilər ki, aparat işləmir. Əgər belə idisə, əvvəldən deyərdilər, biz də evə gedərdik. Niyə aldadırlar ki?! Axı mənim anam xəstədir, gözləyə bilmir. Amma bizi saatlarda gözlətdilər. Səhər saatlarında analiz vermişik, cavabı 5 saat sonra çıxır. Belə işləmək olmaz, bu vətəndaşa qarşı hörmətsizlikdir. Belə xoşagəlməz halların qarşısını almaq lazımdır. Ciddi tədbirlər görülməlidir. Vətəndaşa, ən azından xəstə insanlara hörmətlə yanaşmalıdırlar. Xəstəyə qarşı belə davranmaq olmaz”, - deyə vətəndaş şikayətində bildirib.

Məsələ ilə bağlı “Zəfəran” hospitalından münasibət öyrənməyə çalışsaq da, mümkün olmadı.скачать dle 12.1