Bia.Az

Aşura gününün tarixi açıqladı

Cəmiyyət
 9-08-2021, 13:26     246

Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində qeyd olunub.

Bildirilir ki, Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub: "İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür".скачать dle 12.1