Bia.Az

Məhərrəm ayı başlayır

Cəmiyyət
 9-08-2021, 09:42     94

Sabahdan, avqustun 10-dan Məhərrəm ayı başlayır.
Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 19-da Aşura günüdür.

Sentyabrın 8-dən başlayacaq Səfər ayı oktyabrın 7-də başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.скачать dle 12.1