Bia.Az

Tikinti sektorunun dələduzları - “Hayan” MMC vətəndaşlara necə KƏLƏK GƏLİB... -

Cəmiyyət
 15-07-2021, 14:31     268



Bir evin bir neçə sahibi və ya tikinti şirkətlərinin “fırıldaq”ları ilə bağlı məsələ yenidən aktullaşıb. Paytaxtda eyni mənzillər bir neçə nəfərə satılıb. Üstəlik binanın tikintisi də yarımçıq qalıb.

Şəhərin əlverişli yerində, yeni tikilən binada uyğun qiymətə mənzil sahibi olmaq istəyən müsahimiz dələduzla rastlaşıb. Problem də məhz bundan sonra başlayıb.

Nağd ödəniş edərək ev alan Xırdalan sakini nə mənzilinə köçə bilir, nə də pulu qaytarılır. Binanın ikinci mərtəbəsindən aldığı mənzil eyni vaxtda 3-5 şəxsə satılıb.

Söhbət Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7-də “Hayan” MMC şirkəti tərəfindən inşa edilən yaşayış binasından gedir. Bununla bağlı Bizim.Media-ya müraciət edən adının çəkilməsini istəməyən şikayətçinin dediyinə görə nağd 37 min 740 manat ödəniş edərək buradan ev alıb. Məlum olub ki, aldığı ev daha iki nəfərə satılıb. Aldadıldığını biləndə isə iş-işdən keçib.

Müsahimizin sözlərinə görə başına gələnlərlə bağlı Abşeron Rayon məhkəməsinə müraciət edib. İşə baxan məhkəmə elə iddiaçının xeyrinə qərar çıxarıb və rəsmi sənəndlərlə evin onun adında olduğunu təsdiqləyəcək qərar çıxarıb. Amma şikayətçi evinə özündən başqa 5-6 nəfərin də elçi çıxdığını həzm etmədiyindən imtina ilə bağlı binanın inşasını həyata keçirən şirkətə müraciət edib və vaxtilə 37 min 740 manata aldığı mənzilin hazırki dəyərini tələb edib. Şirkət isə müştərisini illərdir ki, yola verir. Bir sözlə aldadılan vətəndaş nə mənzilinin yeganə sahibi ola bilir, nə də pulunu geri ala bilir.

Ümumiyyətlə, analoji halla bağlı şikayətlər çoxdur. Yeni tikilən binalarda tikinti şirkətləri tərəfindən aldadılan bir mənzilin bir neçə adama satılması, yaxud da mənzil tikilməyib illərlə gözləyən zərərçəkənlər kifayət qədərdir.

Statistikaya görə, hazırda Bakıda 3000-dən çox yeni tikilmiş bina var. Yeni binalar hələ də tikilməkdə davam edərsə, mənzil almaq istəyən yüzlərlə vətəndaşın aldadılmayacağına isə heç kəs zəmanət vermir.

Bəs tikini şirkətlərinin “tor”una düşməmək üçün vətəndaşlar nə etməlidir?

Hüquqi izaha görə ev sahibi olmaq iatəyənlər qanunvericiliyin bir sıra müddəalarına uyğun olmayan müqavilələrə imza atmamalıdırlar. Yəni ev alarkən həmin şirkətin torpağa olan hüquqları, maliyyə imkanları barədə məlumat alınmalıdır. Torpağın ayrılması haqqında sənədin mövcud olub-olmamasına, layihənin təsdiq edilib-edilməməsinə, müvafiq sərəncamların, razılaşdırmaların olub-olmamasına, inşaat pasportunun mövcud olub-olmamasına eləcə də baxmaq lazımdır.

"Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bizim.Media-ya açıqlamasında sözügedən problemin həlli üçün konseptual qərarların qəbul olunmasını vacib sayıb:

“Bu məsələ artıq neçə illərdir ki, problem səviyyəsindədir. Təssüf ki, bunun tam olaraq həlli variantı tapılmayıb. 2018-ci ildə Mülki Məcəlləyə bir dəyişiklik olundu. Həmin dəyişiklik daha çox bu problemin qarşını almaq məqsədi daşıyırdı. Orada tam hazır olmayan binadan ev alınması məsələsi, bundan doğan problemlərin tənzimlənməsi əsas məram idi. Qəbul olunan qanunvericilik aktında kifayət qədər mütərəqqi məqamlar var. Məsələn, ilkin düzəlişin tənzimlənməsi, binanın tikinti mərhələsində ödənişlərin məbləği və onun faiz dərəcələrinin hesablanması, MTK-çılar və payçılar arasında bağlanan müqavilələrin notarial qaydada təsdiq olunması, alqı-satqı zamanı ilkin qeydiyyat arayışlarının verilməsi və bu kimi məsələlər öz əksini tapıb. Əfsuslar olsun ki, hələki Məcəllənin tətbiqi istiqamətində problemlər var. Bu problemlər getdikcə başqa şəkil alır və vətəndaşların haqlı narazılıqları bitmir”.

Ekspert hesab edir ki, məlum məsələ ilə bağlı ciddi konsepsiya ortaya qoyulmalıdır.

Qanunvericiliyin həmin müddəalarının işlənməsi istiqamətində yeni qərarlar qəbul olunmalıdır. Əks təqdirdə bu problemi texniki vasitələr formasında aradan qaldırmaq ya mümkün, ya da asan olmayacaq”.

Xatırladaq ki, 2018-ci ildə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi qəbul olunub. Həmin dəyişiklik yuxarıda sadaladığım problemlərin həllini nəzərdə tutur.скачать dle 12.1