Bia.Az

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsüilə Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər HƏYATA KEÇİRİLMİŞDİR - Foto

Cəmiyyət
 26-06-2021, 15:56     630

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, tabe müəssisələrin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər hazırlanıb həyata keçirilmiş, Mədəniyyət Mərkəzləri və Uşaq Musiqi Məktəbləri tərəfindən idarənin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında yerləşən hərbi hissələrdə konsert proqramları təşkil olunmuşdur.

Tədbirlərdə çıxış edənlər əsgərlərimizi silahlı qüvvələr günü münasibətilə təbrik etmiş, Ulu Öndər tərəfindən qurulan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan  Azərbaycan ordusunun şücaətindən, gücündən geniş bəhs olunmuşdur. Konsert proqramları incəsənət nümayəndələrinin, mədəniyyət işçilərinin ifasında vətənpərvər mahnılarla davam etdirilmişdir.

Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılmaqdadır. Belə ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ağstafa, Qazax və Tovuz rayonlarında Vətən müharibəsi qaziləri mütəmadi olaraq evlərində sovqatlarla ziyarət edilmiş, onlarla həmsöhbət olunmuş, döyüş xatirələri dinlənilmişdir.

Bu ənənənin davamlı reallaşdırılması nəzərdə tutulmuşdur.

Xəyal Nağıyev,
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi












скачать dle 12.1