Bia.Az

İbrahim İbrahimli vəfat edib

Cəmiyyət
 16-06-2021, 11:25     64

Tanınmış siyasətçi İbrahim İbrahimli vəfat edib. Xəbər iyunun 16-da yayılıb. İbrahim İbrahimli bir müddətdir onkoloji xəstəlikdən müalicə alırdı.

Novator.az bildirir ki, milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindən olan İbrahim İbrahimli 1990-1995-ci illərdə parlamentdə təmsil edilib. Azərbaycan Xalq Cəbhəsi (AXC) İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini postlarını tutub, Müsavat Partiyasının rəhbərliyində yer alıb. 2003-2005-ci illərdə həbsdə yatıb. Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü idi.


2021-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 30 ili tamam olur. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.


Dövlət müstəqilliyinə aid daha bir gün var. 1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub. 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb. Onların biri İbrahim İbrahimlidir.


Allah rəhmət eləsin!скачать dle 12.1