Bia.Az

Hərbi hissə komandiri Şamilovun başı maxe qızlarla əyləncəyə, zampalit Orxanın isə…- Şəhid qardaşından ŞOK AÇIQLAMA

Cəmiyyət
 12-06-2021, 01:24     125

“Şəhid olan hərbiçilərin yas mərasimi və ehsanı üçün ərzaq, qida ayrılıbmış. Hər bir şəhidin xidmət etdiyi hərbi hissəsinin komandanlığı tərəfindən yas mərasimi keçirilən zaman ailəyə göndərilməliymiş. Kağız üzərində təhvilə qol çəkilsə də, dəfndən 8-9 ay müddət keçməsinə baxmayaraq, bir çox şəhid ailələrinə ehsan üçün ayrılan həmin yardımlar çatdırılmayıb”.GUNinfo.az

 “Dominant.az”-a istinadən  xəbər verir ki, bunu Vətən müharibəsində şəhid olmuş kapitan Vüsal Vəliyevin qardaşı Elyar Islamoğlu bildirib.Onun dediyinə görə, bununla bağlı özü araşdırma aparıb: “Şəhid ailələriylə kiçik bir sorğu apardım.Ümumiyyətlə şəhid ailələrinin əksəriyyəti belə bir yardımın verilməsindən xəbərsizdir. Ona görə də həmin yardımların mənimsənilməsinə şərait yaranıb”.

“Əvvəllər Toğanada, indisə Kəlbəcərdə olan, fermer Xəqani Cəbrayılovun komandiri olduğu korpusun hərbi hissələrinin şəhidləri üçün ayrılan yardımlar isə “maşın çatışmazlığı” bəhanəsilə indiyədək göndərilməyibmiş. Hərbi hissənin komandiri Taleh Şamilovun başı bəzi maxe qızlarla əyləncəyə, zampalit Orxanın isə vaxtı olmadığından həmin hərbi hissənin də yardımları gecikdirilib. Ən geci martda çatdırılmalı olan yardımdan xəbər tutan körpə uşaqlı şəhid ailələrinə isə “gəlin hərbi hissədən özünüz aparın, çatdırmağa maşınımız yoxdur” deyilib”.P.S. iddiada adı çəkilən şəxslərin də mövqeyini yayımlamağa hazırıq.скачать dle 12.1