Bia.Az

İcra başçısı ilə direktorun Balakəndən başlayan dostluğu və qalmaqalı tir

Cəmiyyət
 10-06-2021, 13:39     108

Xırdalan şəhər 2 saylı orta məktəblə bağlı mətbuatda dəfələrlə tənqidi materiallar dərc olunub. Məktəbin direktoru Ədalət Camalovanın iş üslubundan yaranan problemlər xeylidir. 7GUN.az xəbər verir ki, bu şəxslə bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, direktor hazırki icra başçısı ilə illərin rəfiqəsidir, onlar illər öncə Balakəndə tanış olublar.

O vaxt İradə Gülməmmədova rayon poliklinikasında pediatr, Ədalət Camalova isə bağça müdirəsi kimi çalışıb. Sonra İdarədə xanım Abşerona təyinat aldı. Əvvəlcə Abşeron rayon uşaq poliklinikasının baş həkimi olaraq çalışdı. Daha sonralar yerli icra hakimiyyətində məsul vəzifə tutdu. Ədalət Camalova isə o vaxt Təhsil Nazirliyində söz sahibi olan , Misir Mərdanovun müavini İsgəndər İsgəndərovun köməkliyi ilə Xırdalanda 1 saylı məktəbə direktor gətirildi.İndi də bu iki xanımın Abşeron ittifaqı davam edir.

Xanım icra başçısı ilə yaxınlığına güvənən Xırdalan şəhər 2 saylı orta məktəb direktoru Ədalət Camalovun tək özü deyil oğlu da meydan sulayır. Bir neçə il öncə bu cavan oğlanın bir xanımla bağlı adı hallanan iş hüquq mühafizə orqanlarına qədər uzansa da sonradan bu məsələ örtbasdır edildi. İndi bu gənc Xırdalan şəhərinin Heydər Əliyev parkında obyektlərə sahibdir. Gənclərə hərbi vətənpərvərlik aşılamaq üçün tir də fəaliyyət göstərir. Ədalət xanımın oğlunun gənclərə qayğısı bununla yekunlaşmır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, o şəhərin, konkret olaraq bu parkdakı tir istifadəçisi olan şagirdin Türkiyəyə göndərilməsinə yardımçı olub.

Məsələnin təfərrüatını yaxın günlərdə dərc edəcəyik.скачать dle 12.1