Bia.Az

“BU ƏXLAQSIZ TİPƏ 24 SAAT VAXT VERİRƏM!” – “Sən kimsən ki, Rusiya Prezidentini aeroportda qarşılamırsan?!”

Cəmiyyət
 10-06-2021, 10:55     39

“Sən kimsən ki, (Paşinyanı nəzərdə tutur) Rusiya Prezidentini hava limanında qarşılamırsan? Şəxsiyyətindən asılı olmayaraq, Putin, Medvedev, Yeltsin ... Kimsən ki, belə hörmətsizlik göstərirsən?!"

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədri, ölkənin üçüncü Prezidenti Serj Sarqsyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın açıqlamalarını şərh edərkən söyləyib.
“Bu əxlaqsız tipə 24 saat vaxt verirəm - ya faktları təqdim etsin, ya da özü və ailəsi haqqında cəmiyyətin üzünə tüpürəcəyi həqiqətləri yayımlayacağam”, - Sarsyan şantaj dilində danışıb.
“İllərdir yalan məlumatlar yayırlar. Prezident olduğumu nəzərə alaraq reaksiya verməyə ehtiyac görmədim. Ancaq o (Nikol Paşinyan - red.) boş-boş danışır. Hər zaman "əgər" istifadə etdiyini gördük. Bu əxlaqi canavara 24 saat vaxt verirəm: ya o, faktları təqdim edəcək, ya da onun özü haqqında, ailəsi ilə bağlı cəmiyyətin üzünə tüpürəcəyi faktları dərc edəcəyəm”- deyə Sarqsyan açıqlamasında bildirib.
Sabiq Prezident qeyd edib ki, Milli Təhlükəsizlik Xidməti üç ildir Paşinyana tabedir. “Anlamadan cəfəngiyyat danışır. Badendə bir casino 19-cu əsrdən bəri mövcuddur, lakin kazinolardan daha çox muzeylər var. Nəinki dostlarım, hətta yüzlərlə insan daim kazino küçəsindən keçdiyimi təsdiq edə bilər. “Baden” özü bir sənət qurumu, mədəniyyət və sənət inciləri ilə tanış ola biləcəyiniz bir mədəniyyət şəhəridir. Monakoya gəlincə, son 15 ildə orada olmadım, yoxlamaq asandır, qoy yoxlasınlar... Yenə də onlara 24 saat vaxt verirəm.” 
Xatırladaq ki, Sarqsyanı dövlətin külli miqdarda vəsaitlərini havaya sovurmaqda, mənimsəməkdə ittiham edən Paşinyan, hətta bu pulların kazinolarda xərcləndiyinə də eyham vurmuşdu: “Əsgərlərdən oğurlanan milyonları Monte-Karlodakı kazinoda uduzsaydın, özünü güllələyərdinmi?...”скачать dle 12.1