Bia.Az

“BƏS NİYƏ ÖZÜNÜ GÜLLƏLƏMƏMİSƏN?...” – Sarqsyanla Paşinyan arasında “söz dueli”

Cəmiyyət
 7-06-2021, 14:32     28

Ermənistanda növbədənkənar seçki öncəsi gərginlik günbəgün artır. Hakimiyyət nə qədər zəif olsa da, vahid platformada birləşə bilməyən müxalifətin ittihamlarına əksər hallarda qarşılıq verə, hətta əks-hücuma da keçə bilir.

Ötən gün erməni mətbuatında ən çox müzakirə olunan mövzulardan biri sabiq Prezident Serj Sarqsyanın Nikol Paşinyana xitabən söylədiyi “And içirəm ki, mən ali baş komandan olsaydım, bu situasiyada özümü güllələyərdim” fikri olub.
“AzPolitika.info” xəbər verir ki, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sabiq Prezidentə cavabı özünü çox gözlətməyib. Sarqsyana “Bəs sən niyə özünü güllələməmisən” ritorik sualı ilə cavab verən Paşinyan sabiq Prezidentə xatırladıb ki, Ermənistanın son 10 ildə aldığı silah-sursatın 75 faizi məhz son üç ildə, yəni yeni hökumətin vaxtında alınıb.
Sarqsyanı dövlətin külli miqdarda vəsaitlərini havaya sovurmaqda, mənimsəməkdə ittiham edən Paşinyan hətta bu pulların kazinolarda xərcləndiyinə də eyham vurub: “Əsgərlərdən oğurlanan milyonları Monte-Karlodakı kazinoda uduzsaydın, özünü güllələyərdinmi?...”
Seçiciləri qarşısında çıxış edən Paşinyan deyib ki, məhz onun hakimiyyəti dövründə ölkənin hərbi büdcəsi 48 faiz artırılıb və əslində o yox, Sarqsyan özünü indiyə qədər çoxdan güllələməli idi. Xatırladaq ki, bundan öncə Paşinyan siyasi rəqiblərini, xüsusilə Robert Koçaryan və Levon Ter-Petrosyanı açıq debatlara çağırıb. Lakin onların hər ikisi teledebatdan imtina edib.скачать dle 12.1