Bia.Az

Agstafada 28 May Respublika Gününə həsr edilmiş bayram tədbiri keçirildi - FOTO

Cəmiyyət
 28-05-2021, 12:01     345

BİA.AZ xəbər verir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ağstafa şəhər H.Arif adına Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə 28 may Respublika Gününə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr edilmiş bayram tədbiri keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərinin hazırladığı rəngarəng ifalardan ibarət konsert proqramı ilə davam etdirildi. Konsertdə regionun musiqi məktəblərinin şagird və müəllimləri vətənpərvərlik mövzusunda mahnılar, kompozisiyalar ifa etdilər.

Konsert proqramı 28 may günü tam şəkildə idarənin facebook və youtube səhifələrində yayımlanacaqdır.

Xəyal Nağıyev,
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi.





BİA.AZ
скачать dle 12.1