30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Vətən müharibəsində könüllü olaraq iştirak edən oğullardan biri də Ağazadə Ağa Qüdrət oğludur. O, ailəsi ilə birgə 30 ildir ki, vaqonda yaşayır. Ağır şərtlərdə yaşamasına baxmayarq müharibəyə könüllü olaraq yazılan ilk igidlərdən biridir.
Ağa Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, müharibədən sonra özünə qarşı dövlət orqanlarının laqeyidliyindən narazıdır. O, bildirib ki, Hərbi-həkim komissiyası onun haqqında yararlı yazıb, lakin aldığı qəlpə yaralarının təsirindən aylardı ailəsinə çörək pulu gətirə bilmir.
Ağazadə Ağa Qüdrət“1993-cü ildə ailəmlə birgə Cəbrəyıl rayonundan qaçqın düşmüşük və 30 ildir Binəqədi rayonunda vaqonda yaşayırıq. İllərdi çörək maşını sürürdüm və ailəmi bununla dolandırırdım.
Ağazadə Ağa QüdrətMüharibə başladığını eşidib könüllü olaraq yazıldım. Lakin məni evin tək oğlu olduğum üçün aparmadılar. Məni aparmaları üçün dəfələrlə müraciətlər etdim. Nəhayət oktyabr ayında məni də apardılar.
Ağazadə Ağa QüdrətMüharibədə sağ ayağım sınıb və çanaq sümüyümdən, böyrək nahiyyəmdən 9 qəlpə yarası almışam. Biri üzdə olduğu üçün çıxardıblar. Səkkizi isə hazırda bədənimdədir. Hərbi-həkim komissiyasına dəfələrlə müraciət etmişəm. Özləri də bildirib ki, 2-3 il bədənində ağrılar olacaq, lakin mənə yararlı yazıblar”.
Ağazadə Ağa QüdrətO, bildirib ki, işləyə və dövlətdən hər hansı yardım ala bilmədiyi üçün ailəsinin vəziyyəti çox acınacaqlıdır.
Ağazadə Ağa Qüdrət“Mənim atam infarkt xəstəsidir. Ailəmdə heç kim çalışmır. Bəs mən 3 il nə yeyim? Necə dolanım? Yanvar ayında tərxis olunmuşam və həmin vaxtdan bəri işləyə bilmirəm. Heç bir yardım göstərilmir. Heç bir dövlət orqanı gəlib qapımı döyməyib”,-deyə bildirib.
Ağazadə Ağa QüdrətÜmidvarıq ki, məsələ ilə bağlı dövlət orqanları tərəfindən lazımi addımlar atılacaq. Çünki Ağa kimi oğulların canı, qanı bahasına 30 illik həsrətimizə son qoyulub. Yuxusunu belə görməyi arzuladığımız Qarabağı bu gün canlı gedib görə, havasını ciyərlərimizə çəkə, torpağını qoxlaya biliriksə, ömrümüzün sonuna kimi bu oğullara borcluyuq.
BİA.AZ