Bia.Az

SON DƏQİQƏ!!! PEZİDENT ƏHMƏDZADƏNİN YERİNƏ BU ŞƏXSİ TƏYİN ETDİ - Zaur Mikayılov KİMDİR?

Cəmiyyət
 5-04-2021, 13:44     212

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
"AzPolitika.info" nun məlumatına görə, Zaur Rauf oğlu Mikayılov bundan əvvəl  özəl sektorda çalışıb, BRAVO supermarketlərinin sahibi kimi çıxış edən “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi kimi tanınıb.

Ancaq  bir müddət əvvəl  o, "Azərbaycan Supermarket" MMC-nin direktoru vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik əcnəbi vətəndaşa (Kevin Paul Landi) həvalə olunub.

Xatırladaq ki, keçmiş sədr Əhməd Əhmədzadə 3 gün əvvəl dövlət başçısının sərəncamına əsasən, vəzifəsindən azad edilib.


BİA.AZ
скачать dle 12.1