Bia.Az

Ermənistanda seçki sorğusu - Nikol Paşinyan KEFİN NECƏDİR...

Cəmiyyət
 4-04-2021, 12:11     1 068

Ermənistanda növbədənkənar parlament seçkisi razılaşdırılıb. İlkin tarix iyunun 30-u göstərilir.

 Novator.az bildirir ki, rəsmiləşmə üçün aprel ayında baş nazir Nikol Paşinyan istefa verməli, iki həftə ərzində qanunverici orqan buraxılmalıdır.
Əksəriyyəti Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” blokunun 132 nəfərlik Ermənistan parlamentində 83, Çiçəklənən Ermənistan Partiyasının 23, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var. 9 deputat fraksiyasızdır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazirdir.

Armeniasputnik.am saytı “Parlament seçkisində kimə səs verəcəksiniz” sualı ilə internet sorğusu keçirir. Martın 30-na olan nəticələrə görə, sorğuya qatılanların 28,1%-i Nikol Paşinyan və onun komandasına səs vermək niyyətindədir.

Sabiq prezident Robert Köçəryan və onun komandası 33,1%-lə öndə görünür.

Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 9,4%-dən dəstək alır.

Sorğuda iştirak edənlərin 5,6%-i keçmiş baş nazir Karen Karapetyanı, 2,9%-i radikal Sasun Dəliləri Hərəkatını, 2,5%-i Daşnaksütun Partiyasını, 1,6%-i Artak Tovmasyanın Üçüncü Qüvvə Partiyasını, 1,3%-i Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyasını, 1,2%-i Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyasını, 0,8%-i sabiq prezident Serj Sərkisyanın Ermənistan Respublika Partiyasını seçir.

Respondentlərin 4%-i başqa qüvvələrə üstünlük verir, 9,5%-i isə heç kimə etimad göstərmir.

BİA.AZ
скачать dle 12.1