Bia.Az

SON DƏQİQƏ!!! NƏCMƏDDİN SADIKOVDAN AZƏRBAYCAN XALQINA HƏQARƏT – Dubayda kefdəyəm?... (+VİDEO)

Cəmiyyət
 22-03-2021, 21:04     719

Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan Nəcməddin Sadıkovun Dubayda çimərlikdə çəkilmiş videogörüntüləri yayılıb.

“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan və müzakirə olunan görüntülərin bugünlərdə çəkildiyi iddia olunub. Lakin ilkin mənbə məlum olmadığından bu iddianın nə dərəcədə həqiqətə uyğun olduğu mübahisəlidir. 

General-polkovnik Nəcməddin Sadıkov vəzifəsindən uzaqlaşdırılandan sonra onun barəsində çoxsaylı şayiələr yayılmışdı. Hətta müharibənin gedişi zamanı Sadıkovun saxlanıldığı, evlərində axtarış aparıldığı da bildirilirdi.

Azərbaycan Müdafiə Nazirliyi bu şayiələrə “Nəcməddin Sadıkov hazırda xidmətdə deyil” məzmunlu qısa açıqlama ilə gecikmiş münasibət bildirmişdi.

Lakin nə vaxt çəkilməsindən asılı olmayaraq, bu gün sosial şəbəkələrdə yayılan görüntüləri N.Sadıkovun özünün bu söz-söhbətlərə cavabı kimi də qəbul etmək olar. Belə ki, diqqətlə baxdıqda, onun çəkiliş aparılmasından xəbərdar olduğu təəssüratı yaranır.скачать dle 12.1