Bia.Az

Koronavirusla kişi hormonu arasında asılılıq

Cəmiyyət
 18-03-2021, 19:29     52

Kişilərdə koronavirus infeksiyasının şiddəti ilə onların orqanizmindəki testosteronun səviyyəsi arasında asılılıq var. Novator.az-ın məlumatına görə, bunu Milan Elmi-Tədqiqat Urologiya İnstitutunun həkimi Andrea Soloniyanın apardığı tədqiqat üzə çıxarıb.

Testosteron – androgen qrupundan olan cinsi hormondur (kişi hormonudur).

Andrea Soloniya koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən kişi pasiyentlərin orqanizmindəki testosteronun səviyyəsini ölçüb. Sonra bunu qan donoru olan sağlam kişilərin orqanizmindəki testosteronun səviyyəsi ilə müqayisə edib.

Andrea Soloniya yoxladığı 286-ya yaxın pasiyenti dörd qrupa bölüb: xəstəxanadan dərhal evə buraxılanlar; xəstəxanada yerləşdirilən və vəziyyəti stabil olanlar; tənəffüs aparatına qoşulandan sonra sağalanlar; reanimasiyada ölənlər.

Araşdırma xəstələrin 90%-də testosteronun səviyyəsinin aşağı olduğunu göstərib.

Testosteronun aşağı düşməsi hipoqonadizm – cinsiyyət hormonu çatışmazlığı sayılır. Sağlam qrupun nümayəndələri ilə müqayisdə koronavirus xəstələrində hipoqonadizm halları altı dəfə artıq olub.

Testosteronun səviyyəsi çox aşağı olan koronaviruslu pasiyentlər arasında ağırlaşma və ölüm halları daha çox qeydə alınıb.

Bu tədqiqat virus patologiyasının araşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir. Aydın olur ki, testosteronun aşağı düşməsi xəstəliyi şiddətləndirə bilər. Eyni zamanda viruslu xəstəlik testosteronun səviyyəsini xeyli aşağı sala bilər.

Ümumiyyətlə götürdükdə orta yaşlı və yaşlı kişilərin 20%-də testosteronun səviyyəsi aşağı olur.скачать dle 12.1