Bia.Az

Rasim Balayevdən SƏRT İRAD: “Haradan tapırlar belə sir-sifətləri…”

Cəmiyyət
 18-03-2021, 16:59     813

Uzun müddətdir ki, filmlərə çəkilməyən xalq artisti, tanınmış aktyor Rasim Balayev kino ilə birdəfəlik vidalaşdığını deyib.

Yenicag.az-a açıqlama verən aktyor yalnız bir şərtlə filmlərə çəkilməyə razılıq verəcəyini bildirib:

“Film deyəndə ki, mənim filmə çəkilməyim getdi. İndiki halda, bu filmlər ki, çəkilir mən, o filmlərdə yoxam və olmayacam da. Bəlkə qəfildən yaxşı bir rejissor və ssenari olsa, o halda, baxa bilərəm. Amma bu çəkilişlər mənlik deyil.

Yeni rejissorların çoxunu tanımıram. Yaxşılardan yalnız Elxan Cəfərovu tanıyıram. Seriallara da çəkilən deyiləm, ancaq böyük filmlərdə çəkilərəm. O da sənət əsəri olsa. Yoxsa ki, indi çəkilənlər, bu, xəcalətdir. Ayıbdır axı. Bütün zövqləri korlayırlar. Haradan tapırlar belə sir-sifətləri, çəkdiklərini də acı bağırsaq kimi mənasız yerə uzadırlar. O da pul xatirinə. Belə filmlər ancaq xalturadır”.

Xalq artistinin “Nə vaxtsa yəqin yaxşı filmlər çəkilər” fikrimizə cavabı elə oldu:

“Onda da mən olmayacam. Amma eybi yox, təki çəkilsin”.


Xalq artisti səhhətindən də danışıb:

“Hələ ki, oturmuşam evdə, virusun qorxusundan evdən çıxmıram”.


BİA.AZ
скачать dle 12.1