Bia.Az

NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ HƏBS OLUNDU - Baş Prokurorluq təsdiqlədi + VİDEO

Cəmiyyət
 9-03-2021, 12:31     608

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Baku TV isə xəbər verir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Onu da bildirək ki, Ə.Əhmədovun qardaşı Əvəz Əhmədovun da adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. Ə.Əhmədov H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracağını söz verib və buna görə də o sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən, Əvəz Əhmədovun barəsində iki min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.


BİA.AZ
скачать dle 12.1