Bia.Az

ƏLİ HƏSƏNOVUN DİN-də VƏZİFƏ TUTAN QAYNI İŞDƏN ÇIXARILDI - Bacısı oğlu da DİN-dən qovuldu

Cəmiyyət
 13-02-2021, 11:11     363

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

 “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qayınıdır. 

Qaynı ilə yanaşı Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.

Sfera.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsində komandir vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Ə.Həsənov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bu məsələni şərh etmək istəmədiyini bildirib.скачать dle 12.1