Bia.Az

XANKƏNDİNDƏN ŞUŞAYA HÜCUMUN QARŞISI NECƏ ALINDI? - Komandan açıqladı

Cəmiyyət
 9-02-2021, 16:00     207

“Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, raket artilleriya qoşunları bölmələri düşməni Xankəndidən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdi və onların əsas hissəsini məhv etdi: ”Bununla da düşmənin əks həmlə əzmi qırılıb. Düşmənin əks həmləsi boşa çıxdı”.

скачать dle 12.1