SON DƏQİQƏ!!! Dövlət Xidməti tərəfindən Kamil Zeynallı ilə bağlı TƏCİLİ MƏLUMAT
Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
AZSABAH.COM xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.