Bia.Az

SƏLİM MÜSLÜMOV HƏBS OLUNUB! - Sabiq nazir nədə ittiham olunur? - YENİLƏNİR

Cəmiyyət
 3-02-2021, 12:08     431

Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun atası Yanvar Müslümov oğlunun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Y.Müslümov yayılan məlumatları təkzib edib.


O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun fevralın 2-də həbs olunduğu barədə məlumatlar sabiq nazirin yaxınları və hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən təsdiq olunur.


//////

BİA.AZ xəbər verir ki, S.Müslümovun həbsi barədə dünəndən etibarən sosial şəbəkələrdə və bəzi internet resurslarında yayılan məlumatlar təkzib olunmayıb, əksinə, bu gün təsdiq xəbərləri gəlir. Halbuki S.Müslümov mediaya kifayət qədər həssas adamdır və məlumatlar əsassız olsaydı, böyük ehtimalla, şəxsən təkzib etməyə tələsərdi.

İddialara görə, S.Müslümov nazir olduğu dövrdəki iri miqyaslı mənimsələrə görə istintaqa cəlb olunub.

Sabiq nazirin həbsi məsələsinə bu gün rəsmi münasibətin açıqlanacağı gözlənilir.

скачать dle 12.1