Bia.Az

Koronavirusdan ölənləri niyə qapalı tabutda dəfn edirlər? - Həkim izah edir

Cəmiyyət
 31-01-2021, 01:10     425

Tanınmış ukraynalı həkim və teleaparıcı Yevgeni Komarovski koronavirusdan ölənlərin nə üçün qapalı tabutda dəfn olunduğundan danışıb.

Öz bloqunda növbəti mifi inkar edən ekspert bildirib ki, belə dəfn ona görə aparılmır ki, ölüdən yoluxma riski var.

 «Koronavirus infeksiyalı adamların dəfni onunla təhlükəlidir ki, tabutun ətrafında hərlənən qohumlar sosial məsafəni pozurlar. Ölünün özü heç kimi yoluxdura bilməz… Dəfn zamanı epidemiyaya qarşı qaydalara əməl etmək lazıdır: maska, sosial məsafə. Ancaq dəfn faktı, sizin ölü ilə yaxın olmağınız heç bir əlavə risk törətmir» - həkim bildirib.

Komarovski əlavə edib ki, hətta diri xəstələrdə belə, ətrafdakıları yoluxdurmaq xüsusiyyəti simptomların başlanmasından 4-5 gün sonra aşağı düşür.

скачать dle 12.1