Bia.Az

Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - Fotolar+ VİDEO

Cəmiyyət
 12-01-2021, 18:32     127

Onlar ilk döyüşlərə Füzuli istiqamətində başlayıblar. Daha sonra isə Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Hər iki qardaş müzəffər Azərbaycan Ordusunda xidmət etdiyinə görə fəxr etdiklərini bildiriblər.

Həsənağa və Qalib Bağırlı qardaşları döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonunun azad olunmasına görə medalları ilə təltif ediliblər.

Qeyd edək ki, əkiz qardaşlar 1997-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olublar. Orta məktəbi bitirdikdən sonra 2016-2018-ci illərdə həqiqi hərbi xidmət keçiblər.

"Report"un Muğan bürosunun müxbiri Tural Nəsirovun əkiz qəhrəmanlar barədə hazırladığı videoreportajı təqdim edirik.





скачать dle 12.1