Bia.Az

974 vətəndaşı saxta məlumatlar əsasında icazə portalından qeydiyyatdan keçirən MMC rəhbəri saxlanılıb

Cəmiyyət
 1-01-2021, 18:36     103

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir. Bu barədə BİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar. İlkin araşdırmalarla müəyyən edilib ki, vətəndaş Bayram Fərəcov ümumilikdə 974 nəfəri özünə məxsus fəaliyyət göstərməyən MMC-lərdə guya işlədiklərini qeyd edərək həmin şəxsləri qanunuz olaraq icazə portalından qeydiyyatdan keçirib. Bu işdə Bayram Fərəcova köməklik edən daha iki nəfər də müəyyən edilərək Polis İdarəsinə gətiriblər.

Şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün onlara müraciət edən vətəndaşların hər birindən 50-150 manat almaqla onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.

Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən faktlarla bağlı müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Arıqlamaq istəyən bəylərin nəzərinə! Hər gün...

Arıqlamaq istəyən bəylərin nəzərinə! Hər gün...

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? - Hər gün...

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? - Hər gün...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Dəridəki qırışları bu vasitə sürətlə yox edir...

Dəridəki qırışları bu vasitə sürətlə yox 



скачать dle 12.1