Bia.Az

Gələn il bu ailələrə orta hesabla ayda 270 manat veriləcək

Cəmiyyət
 21-12-2020, 19:00     530

Dövlətin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il dövlət büdcəsindən 1567,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin mənbə hesabına ümumilikdə sosial müavinət və təqaüdlərin maliyyələşdirilməsi üçün 1065,8 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 72,8 milyon manat və ya 7,3 faiz çoxdur.

BİA.az xəbər verir ki, bu barədə gələn ilin dövlət büdcəsi layihəsində bildirilir.

Sənədə əsasən, növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.
2021-ci ildə ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 257,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 13,6 milyon manat və ya 5,0 faiz çoxdur.
2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 364,4 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə (500 min nəfərə yaxın) ayda 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 340,0 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da hər bir məcburi köçkün ailəsinə orta hesabla ayda 270 manat məbləğində vəsaitin müavinət şəklində ödənilməsi deməkdir.
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2021-ci ilin dövlət büdcəsində 15,5 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait nəzərdə tutulur.
Mənbə: baku.wsскачать dle 12.1