Bia.Az

"İnsanları niyə öldürürsünüz?" - TƏBİB-ə ETİRAZ

Cəmiyyət
 21-12-2020, 15:45     428


"Çıxıb iki saat vaksindən danışırlar, amma 150 nəfər tibb işçisinin qidadan zəhərləndiyindən, modul tipli xəstəxanadakı kütləvi oksigen çatışmazlığından ölən insanlar haqqında danışmırlar. Məhkəməyə verən də yoxdur”.

Bu fikirlərlə tanınmış müğənni Nura Suri çıxış edib.

Səhiyyə qurumlarının fəaliyyətsizliyindən şikayətlənən müğənni dərman çatışmazlığına da toxunub.

“İnsanları niyə öldürürsünüz? Niyə xalqa hesabat vermirsiniz? Hamını öz evində bağlamısız zatən... İnsanlar işsiz, pulsuz oturub, səslərini də çıxarmırlar. Camaat bu ölkədə dərman tapıb ala bilmir. Dərmanların qiyməti də kəlləçarxda...”,-deyə müğənni əlavə edib.
скачать dle 12.1