Bia.Az

Azərbaycanda koronavirusa 4 077 yeni yoluxma qeydə alınıb - 43 nəfər vəfat edib

Cəmiyyət
 16-12-2020, 14:44     582

Azərbaycanda koronavirus infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 43 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, bu günə qədər isə ümumilikdə 1 998 577 test icra olunub.скачать dle 12.1