Bia.Az

“Pandemiyaya qarşı mübarizə yalnız inzibati yolla aparılmamalıdır” – Deputat Vüqar Bayramov

Cəmiyyət
 14-12-2020, 01:31     124

“Ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlanılır. Xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin sayı məhdudlaşdırılacaq. Fəaliyyətinə icazə verilməyəcək qurumlardan biri də qeyri-hökumət təşkilatlarıdır. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət kodu icazə verilən fəaliyyətlər siyahısına daxil edilməyib. Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının eyni kateqoriyaya daxil olmasına baxmayaraq QHT-lər sərt karantin dövründə fəaliyyətlərini ofis şəraitində davam etdirə bilməyəcəklər”.


“AzPolitika.info” xəbər verir ki, bunları deputat Vüqar Bayramov bildirib.


O vurğulayıb ki, pandemiyaya qarşı mübarizə yalnız inzibati deyil, eyni zamanda digər metodlar ilə də sistemli və paralel şəkildə aparılmalıdır: 


“Təbliğat və maarifləndirici işlərin və hətta ictimai nəzarətinin səmərəliliyi birbaşa qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətindən asılıdır. Digər tərəfdən, bu sektorda çalışanların sayı da çox olmadığı üçün fəaliyyətə icazə epidomoloji vəziyyətə xüsusi təsir etməyəcək. Bu baxımdan, Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələrin siyahısına yenidən baxması və pandemiyaya qarşı mübarizədə vacib institut olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verməsi məqsədəuyğundur”.скачать dle 12.1