Bia.Az

“Azərbaycanlılar Əsgəranda sərbəst şəkildə alış-veriş edirlər“ - Ermənilər narahatdır

Cəmiyyət
 11-12-2020, 13:52     516

Azərbaycanlılar Əsgəran rayonunda fəaliyyət göstərən mağazalarda sərbəst şəkildə alış-veriş edirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediasında çoxsaylı məlumatlar yer alıb.

Rayon “rəhbəri”nin “müavini” Armen Manqasaryan bildirib ki, bu barədə onlara da çoxsaylı məlumatlar daxil olub.

Bundan əvvəl “İravunk” qəzeti Əsgəranın “meri” Ayk Şamiryana istinadən məlumat yaymışdı ki, azərbaycanlılar Əsgəranın kənd mağazalarından alış veriş edirlər və bu, artıq adi hala çevrilib.

"Məlumatlara görə, azərbaycanlılar təkcə Əsgəranda deyil, Stepanakertdə (Xankəndi-red) də mağazalara rahat alış-veriş edirlər. Bu adi məsələ deyil. Məsələn, dünən Azərbaycanın dövlət nömrə nişanlı avtomobilləri rus sülhməramlılarının müşayiəti ilə Əsgərandan keçiblər”, - deyə Manqasaryan əlavə edib.скачать dle 12.1