Bia.Az

Deputatdan vətəndaşlara çağırış

Cəmiyyət
 9-12-2020, 15:53     317

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun -“YAŞAT” Fondunun yaradılması bütün dünya azərbaycanlılarının ürəyindən xəbər verdi”.


“Yeni Sabah” xəbər verir ki, deputat qeyd edib ki, “YAŞAT” Fondunun yaradılması ilk növbədə Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin, əhalinin sosial  rifah halının daha da yaxşılaşdırılmasına sonsuz diqqətin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətin ən bariz nümunəsidir.

“Müşahidələr göstərir ki, Fondun yaradılmasına cəmiyyətin münasibəti olduqca müsbət oldu. Dövlətin fərmanla müəyyən olunan qruplara münasibəti ilə yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız “Yaşat” Fondu üçün bütün mümkün dəstəyi göstərəcəklərini ifadə edirlər. Bu da bir daha onu sübut edir ki, Azərbaycan xalqı humanizm prinsirlərini, yardımlaşma ənənəsini davam etdirir, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının ödənilməsinə həssaslıqla yanaşır, soydaşlarımızı yaşatmaq üçün əlindən gələni əsirgəmir.
Cənab Prezident İlham Əliyev Vətən  müharibəsində yaralanan soydaşlarımızla görüşündə dəfələrlə qeyd edib ki, şəhid ailələri, cəbhədə yaralananlar, müharibə iştirakçıları onun şəxsi nəzarətindədir. Bu gün hər yerdə  Cənab Prezidentin tapşırığını əsas götürərək şəhid ailələrinə və yaralılara,  hərbçilərə olduqca həssas münasibət göstərildiyini müşahidə edirik. Qəti əminik ki, bu qayğı bundan sonra bir az da artacaq və cəmiyyətin Vətən övladlarına, qazilərə, şəhid ailələrinə həssas münasibəti “Yaşat” Fondunun timsalında daha aydın formada ortaya qoyulacaq. 
Mən də bir vətəndaş kimi bütün imkanlarımı səfərbər edərək “Yaşat” Fonduna dəstək olacağam. Hər bir Azərbaycan vətəndaşından bu məsələyə həssas yanaşmağa və yüzlərlə insanın ehtiyaclarının ödənməsi üçün əllərindən gələni əsirgəməməyə çağırıram”.скачать dle 12.1