Bia.Az

Zəfər paradı gününün hava proqnozu açıqlanıb

Cəmiyyət
 9-12-2020, 13:44     349

Azərbaycanda dekabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.


Dekabrın 10-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.


Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.скачать dle 12.1