Bia.Az

Cəfər Pənahiyə hökm oxundu

Cəmiyyət
 2-12-2025, 12:48     634

Kann festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış iranlı rejissor Cəfər Pənahi bir il müddətinə həbs cəzası alıb.

Kult.az xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Nili X hesabında paylaşım edib.

“Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini rejim əleyhinə təbliğat fəaliyyətlərinə görə qiyabi şəkildə 1 il müddətinə həbsə məhkum edib, həmçinin 2 il ölkədən çıxışı və siyasi-ictimai qruplara üzv olması qadağan olunub. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni addımlar atacağıq", - paylaşımda bildirilib.скачать dle 12.1