Bia.Az

GÜLÜMSƏYİR GÖY ÜZÜNDƏ... - Bu gün Şəhid Tural Rəfayıl oğlu Xudiyevin doğum günüdür...

Cəmiyyət
 27-11-2025, 12:14     1 362

27 noyabr - Şuşanın azad olunması zamanı Şəhid olmuş Tural Rəfayıl oğlu Xudiyevin (27.11.1998 - 08.11. 2020) doğum günüdür.

Əslən ağdamlı, Quzanlı Şəhidlər xiyabanında dəfn edilmis, ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü" və  "Xocavəndin azad olunmasına görə"  medalıları ilə təltif olunmuş Şəhidimizin 27 illiyində əziz xatirəsini ehtiramla, rəhmətlə yad edirik. İthaf  şeirimlə qutsal ruhuna salam olsun!

Can qoyaraq torpağına,
Ruhu hopub bayrağına,
Dönüb zəfər sorağına
Ulu yurdun şəhid Tural!
Şanlı yola şahid Tural!

Dildə əzbər Vətən  sözü,
Candan əziz  Vətən özü.
Köksündəki  nisgil közü
Yağılara sipər oldu!
Ərənlərtək bir ər oldu!

Qırx dörd günlük savaş səsi -
Qəhrəmanlıq səlnaməsi.
Sönbaharın yaz çöhrəsi
Şəhidlərin gül üzündə
Gülümsəyir göy üzündə...


✒️ Tapdıq ƏLİBƏYLİ

BİA.az
скачать dle 12.1