Bia.Az

Şahdağ Milli Parkında ağaclara və heyvanlara qənim kəsilən Əfqan Qəribov bu vəzifəyə NECƏ QAYIDIB? - ŞÖK FAKTLAR /VİDEO

Cəmiyyət
 24-11-2025, 12:12     938

Azərbaycanda meşələr illərdir çox müsibət görüb. Amma İsmayıllı tərəflərdə indi danışılanları eşidən ağaclar belə kökündən titrəyir. Deyirlər ki, vəzifəyə yenidən qayıdan Əfqan Qəribovun meşəyə ayağı dəyən andan etibarən quşlar “uçuş planı”nı dəyişib, çaşqın ayılar meşədən çıxmaq üçün növbəyə dayanıb, cüyürlər də “qorxu altında yaşama paketi” axtarmağa başlayıb.

El arasında bir söz gəzir:
“Əfqan gəlibsə, meşə susmur — çığıra-çığıra məhv olur.”
Əmisi Cabbar müəllimə arxayın olan Əfqan hətta deyirlər ki, meşədə iki ay ərzində o qədər ağac kəsdirib ki, deməyən danışmaqla bitməz. 

Yerli sakinlərin dediyinə görə, vaxtilə müəyyən qurumlarda “cinayət işi epizodları” ilə bağlı adının çəkildiyi bir dönəmdən sonra adamın, yəni Əfqanın ekologiyaya bu qədər tez qayıtması meşəni də, heyvanı da çaş-baş salıb.
Quşlar arasında belə bir zarafat yayılıbmış:
— Qardaşlar, bu adamı kim geri yolladı? Meşə yox, qayıdış parkıdır bura?
Heyvanların, ağacların və hətta küləyin belə başa düşmədiyi məsələ birdir: təbiəti məhv edən niyə təbiətin başına gətirilir?

Meşə heyvanlarının “qara siyahısı”

Satirik xəbərlərə görə, vəzifəyə qayıdan “qanuni ovçu”nun meşəyə girişi ilə heyvanlar arasında panika yaranıb. Çünki xalq arasında dolaşan ləqəb…
“Şahdağ Milli Meşələrin Qazan Xanı”
…görünür boş yerə yaranmayıb.
Deyilənə görə, meşəyə girən heyvanın son arzusu belə olurmuş:
— Qazanda qaynamayım, o biri dünyada rahat olum…
Bir neçə dovşan hətta izahat verib:
— Biz təkcə canımızdan qorxmurduq, qazanlara düşməkdən də qorxurduq!

Meşənin öz dili ilə tənqid

Meşənin dilindən danışırlar ki, bir axşamüstü meşə ağacları küləyə belə deyib:
— Ay külək, sən əsəndə yarpağım tökülürdü. Amma bu adam gələndən gövdəm tökülür. Bu necə vəzifədir, mənim üstümdə niyə sınaqdan çıxarılır?
Külək cavab veribmiş:
— Mən dövlət strukturu deyiləm, qəbul ərizəsinə baxa bilmirəm.
Ağac isə kövrək, amma sərt tonda:
— Bizi kəsənlər çox olub, amma bizi təhqir edən bu qədər olmayıb!

Nazirliyin "başbilən"lərinə müraciət

Vətəndaşların dilində yayılan sərt şikayət belədir:

“Hörmətli cənab nazir müavinləri, biz Sizdən tələb edirik — bəli, artıq xahiş yox, tələb — təbiəti məhv edənlərə yol verilməsin. Meşə xalqın sərvətidir, heç kimin şəxsi qazanı deyil. Təbiəti qıran adam ekologiyanın başında ola bilməz. Qoy araşdırma aparılsın, ölçü götürülsün, meşələrimiz bu cür şəxslərin təcrübə poliqonuna çevrilməsin.”



P.S: 

Qeyd edək ki, Şahdağ Milli Parkında ağaclara və heyvanlara qənim kəsilən Əfqanın arxasında duran əmisi Cabbardır. Nazirlikdə calışan Cabbar müəllim Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun "köməkliyi ilə" Əfqan Qəribovu bu bu vəzifəyə təyin elətdirib. Hələlik arada gəzən söz-söhbətlər bunlardır və nə qədər həqiqətə uyğun olduğunu bia də bilmirik. Bildiyimiz odur ki, əvvəllər R.Əşrəfov “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb. Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

ARDI VAR.

BİA.az
скачать dle 12.1