Bia.Az

Yaşar Nurinin qızının ölüm səbəbi bilindi

Cəmiyyət
 16-11-2025, 02:34     825

Xəbər verdiyimiz kimi, xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva vəfat edib.

Kult.az xəbər verir ki, xalq artistinin qardaşı qızı Fidan Nuriyeva Globalinfo.az-a açıqlamasında hər şeyin anidən baş verdiyini qeyd edib:

“Ülviyyə ürək çatışmazlığından əziyyət çəkirdi. Ölümü qəfil oldu. Ailəsi həkimə məlumat verənə kimi, o, artıq dünyasını dəyişmişdi. Bu gün Qalada dəfn etdik. Gülnar adlı bir qızı var, 6-cı sinfdə oxuyur”.скачать dle 12.1