Bia.Az

Əməkdar artist Vahid Əliyev vəfat etdi

Cəmiyyət
 7-11-2025, 00:46     519

Əməkdar artist Vahid Əliyev vəfat edib.

Bu barədə Kult.az-a Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrından məlumat verilib.

Xatırladaq ki, aktyor bir neçə il öncə infakt keçirmiş və daha sonra əməliyyat olunmuşdu.

Qeyd edək ki, Vahid Əliyev 7 fevral 1952-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

1975-ci ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru kimi fəaliyyət göstərən Vahid Əliyev 2011-ci ilin mayında "əməkdar artist" fəxri adına layiq görülüb.скачать dle 12.1