Bia.Az

Yeniyetmə ana sevgilisinə qoşulub sığınacaqdan qaçdı

Cəmiyyət
 4-11-2025, 20:45     704

Sığınacaqdan heç kimə xəbər etmədən sevgilisi ilə gedən 16 yaşlı ana axtarışa verilib.


Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.az-a açıqlamasında deyib.
"Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür", - deyə E.İbrahimov bildirib.

Qeyd edək ki, bundan əvvəl "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova 16 yaşlı ananın sığınacaqdan xəbər etmədən sevgilisi ilə getdiyini açıqlamışdı.скачать dle 12.1