Bia.Az

Cəlil Məmmədquluzadənin barelyefində bu söz bərpa edildi

Cəmiyyət
 25-10-2025, 13:34     627

Tiflisdə Cəlil Məmmədquluzadənin barelyefinə müdaxilə aradan qaldırılıb.

Kult.az APA-ya istinadla xəbər verir ki, xatirə lövhəsindəki “Azərbaycanın” yazısı üzərindəki ağ cızıqlar xüsusi məhlulla silinib.
Yazının bərpası Azərbaycanın Gürcüstandakı səfirliyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası tərəfindən həyata keçirilib.

Muzeyin yerləşdiyi ərazidə təhlükəsizlik kameraları olmadığından yazının kimin tərəfindən silindiyini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, ev-muzeyinin yerləşdiyi binanın 2007-ci ildən mədəni irs abidəsi statusu var. Gürcüstanda bu cür tikililərin fasadlarına istənilən növ yazıların qanunsuz yazılmasına və “qrafiti”lərin çəkilməsinə görə 2 min lari məbləğində (1 250 AZN) cərimə tətbiq olunur.
скачать dle 12.1