Bia.Az

Gədəbəydə xəsarət alan müəllimlərin bir hissəsi Şəmkir və Gəncəyə gətirilib - ADLAR/YENİLƏNDİ

Cəmiyyət
 24-09-2025, 12:42     467

Gədəbəy rayonunda yol qəzasına düşərək xəsarət alan müəllimlərin bir hissəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, az sayda yaralı isə Gəncə şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxminən 12 nəfər gətirilib. Daha 2 nəfər isə Gəncə şəhərinə aparılıb.
Yaralıların çoxunun vəziyyəti normaldır.
Qəzaya uğrayan mikroavbusda sərnişin sayının normandan artıq olduğu ehtimal edilir.
Qəzada xəsarət alan şəxslərin əksəriyyətinin şəxsiyyəti müəyyənləşdirilib:
1. Məryəm Babayeva
2. İlahə Əliyeva
3. Xədicə Baxşəliyeva
4. Nailə Məmmədova
5. İlahə Tağıyeva
6. Ulduz Babayeva
7. İmarət İsgəndərova
8. Türkan Məcidli
9. Əfsanə Kazımova
10. Səbinə Əliyeva
11. Nərmin Məhərrəmqızı
12. Bəhruz Bayramov
13. Emilya Vəliyeva
Hadisəd "Mercedes" markalı avtomobilin sürücüsü 1986-cı il təvəlüdlü Pərviz Quliyev də müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumat üçün bildirək ki, Gədəbəy rayonunun Maarif kəndində baş verən hadisə nəticəsində kənd sakini Natiq Əliyevin idarə etdiyi "VAZ 2106" markalı maşın 1986-cı il təvəllüdlü sərnişin daşıyan mikroavtobusla toqquşub.
Həmin şəxslərin əksəriyyəti Gəncə şəhərindən Gədəbəyə gedən müəllimlərdir.
***
09:20
Gədəbəyin Maarif kənd ərazisində mikroavtobusla "VAZ2106" markalı maşının toqquşması nəticəsində qəza baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər bədən xəsarəti alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya düşənlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



скачать dle 12.1