“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı!
Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi keçirilib.
Beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” kimi mövzular üzrə təlimlərdə və “Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, Breyn Rinq kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.























