Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib
Türkiyənin Balıkesir bölgəsinin Sındırğı rayonunda zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Balıkəsirdə bölgəsinin Sındırgı rayonunda səhər saat 6:59-da zəlzələ baş verdiyi bildirilib.AFAD-ın verdiyi məlumata görə, zəlzələ episentri bölgədə olan Sındırgıda 4,9 bal gücündə qeydə alınıb. Zəlzələ yerin 7 km altında baş verib.
Zəlzələ İstanbul, Balıkəsir, Bursa, İzmir və ətraf vilayətlərdə də hiss olunub.
Balıkəsir valisi İsmail Ustaoğlu ABŞ-da yerləşən "X" sosial media platformasında verdiyi açıqlamada, AFAD və bütün əlaqədar qurumların zəlzələdən sonra sahə araşdırmalarına başladığını bildirib. O, "İşlər davam edir. Hazırda heç bir neqativ hal yoxdur. 112 Təcili Zəng Mərkəzimizə heç bir mənfi məlumat daxil olmayıb", - deyə qeyd edib.








