Bia.Az

Arif Babayevin vəziyyəti AĞIRLAŞIB

Cəmiyyət
 24-07-2025, 17:03     640

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.

Hafta.az xəbər verir ki, Xalq artisti dünən axşam saat 17:30 radələrində kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən verilən məlumata görə, A.Babayev dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.

"Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır", - açıqlamada qeyd olunub.скачать dle 12.1